ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

İsmayıllıda 20 Yanvar şəhidləri yad edilib-FOTOLAR

20-01-2021, 15:13



Newscenter.az.20.01.2021. Bütün respublika ərazisində olduğu kimi İsmayıllı rayonunda da 20 Yanvar anım günü kimi qeyd olunub. Rayon İcra Hakimiyyətinin başçısı və hüquq-mühafizə orqanının rəhbərləri ilk olaraq Heydər Əliyev abidəsini ziyarət edib, daha sonra “Şəhidlər xiyabanı”nında şəhidlərin xatirəsi ehtiramla yad olunub.

Newscenter.az-a Rayon İcra Hakimiyyətindən bildirilib ki, din xadimləri şəhidlərin xatirəsinə xütbə oxuyub, dualar ediblər. Sonra ziyarətçilər məzarlara qərənfillər düzüb, vətənimiz, dövlətçiliyimiz, müstəqilliyimiz uğrunda bütün dövrlərdə şəhid olan əzizlərimizə Allahdan rəhmət diləyiblər. Rayon İcra Hakimiyyətinin rəhbərliyi şəhid ailələri ilə görüşüb.

Daha sonra Mədəniyyət Sarayında gənc rəssamların 20 Yanvar faciəsinin dəhşətlərini və vətən övladlarının dəyanətini, vətənpərvərliyini, cəsurluğunu, igidliyini əks etdirən rəsm sərgisinə baxış keçirilib. Həmçinin sarayda anım gününə həsr olunmuş şeirlər səsləndirilib, faciəni əks etdirən filmlər nümayiş etdirilib. Rayon rəhbərliyi 20 Yanvar iştirakçısı olmuş Əlizadə Səmədovla görüşüb. Faciənin iştirakçısı 20 Yanvar şəhid ailələrinə, həmçinin iştirakçılarına dövlətin göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlğını bildirmiş və həmin günə aid xatərlərini, başına gələn hadisələri bölüşüb.

Məlumat üçün bildiririk ki, gün ərzində şəhidlərin əziz xatirəsi idarə, təşkilat, müəssisələrin əməkdaşları və Qarabağ müharibəsi əlilləri, veteranları, Vətən müharibəsi iştirakçıları, qazilər, gənc nəslin nümayəndələri tərəfindən yad edilib. Rayonda saat 12:00-da bütün şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Əlavə olaraq bildiririk ki, kəndlərdə də faciə qurbanları şəhid məzarlarını ziyarət etməklə anılıb.

Xatırladaq ki, tədbir pandemiya qaydalarına uyğun olaraq keçirilib.

Anar

Oxşar xəbərlər
SON XƏBƏRLƏR