Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Zəfər döyüşündə yazılan məktub” adlı sənədli filmin çəkilişləri yekunlaşıb



Newscenter.az.28.01.2021. “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Gənclər Fondunun dəstəyi ilə Aprel döyüşlərinin qəhrəmanı, şəhid Teymur Qasımov və II Qarabağ müharibəsindəki qəhrəmanlardan bəhs edən sənədli filmin çəkilişlərini yekunlaşdırıb və filmin montajı başa çatıb.

Newscenter.az-a daxil olan məlumatda bildirilib ki, 46 dəqiqəlik “Zəfər döyüşündə yazılan məktub” sənədli filminin çəkilişləri Göyçay rayonunda və Şəhid ailələrində aparılıb. Film haqqında qısa anons və filmin tam versiyası Birliyin Youtube səhifəsində yerləşdirilib.

Xatırladaq ki, filmi çəkməkdə məqsəd Göyçay rayonundan olan Aprel şəhidi Teymur Qasımov və II Qarabağ müharibəsindəki qəhramanlar və onların şücaətli həyat yolu haqqında sənədli film çəkməklə gənc nəslə vətənpərvərlik ruhu aşılamaq və şəhidlərimizin xatirəsini əbədiləşdirmək idi. Filmin tam versiyasının linkini təqdim edirik.

Sevinc
Xəbəri paylaş