Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çavuşoğlu: "İlham Əliyevin 3+3 formatdakı əməkdaşlıq təklifini digər liderlər də dəstəkləyib"



Newscenter.az.29.01.2021. “Digər liderlərin Azərbaycan Prezidenti İlham Əliyevin təklifini dəstəkləməsi ilə Cənubi Qafqazda 3+3 formatında bir əməkdaşlıq planlaşdırırıq”.

“Report” xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 29-da İstanbulda iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Cənubi Qafqazdakı sülh və sabitlik hər kəsin xeyrinədir. Bu bölgədəki normallaşma bütün regionun xeyrinə olacaq, xüsusilə Ermənistan və Ermənistan xalqına faydalı olacaq. Yəni Ermənistanın da bu mənada konstruktiv addımlar atacağını gözləyirik”, - nazir bildirib.
Xəbəri paylaş