Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Könül Nurullayeva seçicilərinin növbəti qəbulunu keçirib-FOTOLAR



Newscenter.az.30.01.2021. Bakı şəhəri Nizami rayonu sakinlərinin Deputat Qərargahına daxil olan müraciətləri əsasında Milli Məclisin deputatı Könül Nurullayevanın seçiciləri ilə növbəti hibrid (canlı və onlayn) qəbulu baş tutub.

Könül Nurullayevanın Deputat Qərargahından Newscenter.az-a verilən xəbərə görə, həftə ərzində, ümumilikdə, 15 nəfərin birbaşa, telefon və sosial şəbəkələr üzərindən müraciətlərinə baxılıb, 7 nəfərin müraciəti canlı, 2 nəfərin müraciəti isə onlayn şəkildə qəbul zamanı dinlənilib.

Görüşlər zamanı qəbul iştirakçılarını ən çox narahat edən məsələlər məşğulluq, maddi yardım və daşınmaz əmlak problemlər olub. Qərargahdan bildirilib ki, müraciətlər qısa zamanda müvafiq qurumlara göndəriləcək.

Qeyd edək ki, deputat Könül Nurullayevanın görüşləri mütəmadi olaraq hər həftə həyata keçirilir. Qəbula yazılmaq üçün aşağıdakı nömrələrlə əlaqə yarada bilərsiniz.

012 422 22 41
055 276 23 75

Anar
Xəbəri paylaş