Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva: “Zəngin dövlətlərin neomüstəmləkəçi yanaşması ilə dünyanı pamdemiyadan xilas etmək mümkün deyil”



Newscenter.az.3.02.2021. "COVİD-lə bağlı dünyanın mənzərəsi günbəgün dəyişir. Dövlətlərin pandemiya ilə mübarizə strategiyasında da fərqli yanaşmalar müşahidə olunmaqdadır. Xüsusilə vaksinləşmənin başlaması ilə faktiki pandemiya ilə mübarizədə də yeni mərhələ başlayıb. Amma təssüf ki, vaksin bölgüsündə ədalətsiz yanaşnmalar müşahidə edirik".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Onun sözlərinə görə, Azərbaycanın ilk gündən COVİD-lə mübarizə ilə bağlı mövqeyi belə olub ki, burada ayrıseçkilik, özünə qapanma birmənalı şəkildə qəbul olunmur:

"Sosial həmrəylik ön planda olmalıdır. Azərbaycan virusla mübarizədə ilk günlərdən qabaqlayıcı tədbirlər görməklə vəziyyətin nəzarətdə saxlanmasına nail olunub. Modul tipli xəstəxanaların ölkəyə gətirilməsi, laboratoriya sayının 42-yə çatdırılması, Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə məhz bizim ölkəmizdə başlanması koronovirusla mübarizənin “Azərbaycan modeli”nin əsas üstünlükləridir. Təsadüfi deyil ki, ÜST başda olmaqla əksər beynəlxalq təşkilatlar Azərbaycanın pandemiya siyasətini nümunə kimi qiymətləndirir. Üstəlik, Azərbaycan bu məsələdə sosial həmrəylik prinsipindən çıxış edərək, 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərdi. Beynəlxalq təşkilatlara, o cümlədən ÜST-ə 10 milyon dollar məbləğində könüllü ianə verdi. Pandemiya problemini beynəlxalq müzakirəyə də ilk çıxaran Azərbaycan Prezidenti oldu".

Millət vəkili deyib ki, Türk Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşünü, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsini, COVID-19 ilə mübarizədə üzv dövlətlərin humanitar, tibbi ehtiyac və tələblərinə dair məlumat bazasının yaradılması üçün işçi qrupun təsis edilməsini xüsusi vurğulamalıyıq:

"Yəni, Azərbaycan ilk gündən bu məsələyə qlobal miqyasda sosial həmrəylik prinsipindən yanaşdı. Lakin bu gün biz təəssüf ki, dünyada xüsusilə vaksinin ədalətsiz bölgüsünün şahidi oluruq. Azərbnaycan haqlı olaraq bu ədalətsiz yanaşmanı qəbul etmir. Prezident İlham Əliyevin də söylədiyi kimi, zəngin dövlətlərin məsələyə eqoist yanaşması həqiqətən də “neomüstəmləkəçilik dövrü” kimi xarakterizə olunur. Zəngin dövlətlərin yalnız özünü düşünməsi təəssüf doğurur. Bu yanaşma ilə dünyanın xilasına nail olmaq mümkün deyil".

Anar
Xəbəri paylaş