Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan hərbçiləri Qars və Kayseridə hərbi təlim keçirlər-VIDEO



Newscenter.az.4.02.2021. Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyə Respublikasında keçirilən “Qış təlimi-2021”də yüksək peşəkarlıq nümayiş etdirirlər.

Onların bir qrupu Qars şəhərindəki təlim mərkəzində çətin relyefli və qarlı ərazilərdə, digər bir qrupu isə Kayseri şəhərində paraşütçü komandolar hazırlayan mərkəzdə məşqlərə cəlb ediliblər.

Eyni zamanda çətin iqlimi və relyefi ilə fərqlənən ərazilərdə döyüş əməliyyatlarının aparılması tapşırıqlarını yerinə yetirən heyətlərin qış şərtlərində ərazidə məskunlaşma qabiliyyətləri və təchizatları da yoxlanılır.
Xəbəri paylaş