Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənab Prezidentin qeyd etdiyi kimi Şuşa mədəniyyət paytaxtıdır, məmurlar paytaxtı deyil



Newscenter.az.4.02.2021. İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri planlı aparılacaq və məmur özbaşınalığına son qoyulacaqdır!
Azərbaycanın döyünən qəlbi olan Qarabağın azad olunması ölkəmizdə həm dövlətin, həmçinin də xalqın prioritet gündəmidir.Qarabağın yenidən qurulması və orada həyata keçirilən infrastruktur, bərpa və tikinti layihəsi Cənab Prezidentin qeyd etdiyi kimi dövlətin qarşıya qoyduğu əsas məsələdir.

Bu məsələdə həm xalq, həm də ölkəmizdəki dövlət qurumlarının rəhbərləri, dövlətimizin və Cənab Prezidentin yanında olmalı, ölkə başçısının ətrafında sıx birləşməlidir. Dövlət başçısının hər zaman qeyd etdiyi kimi, idarəetmə və qərarvermə prosesində subardinasiya mütləq qorunmalıdır. Əks halda bu özbaşınalıqdır. Açıqlama veriləndə və fikir bildirəndə mütləq ölkə rəhbərliyi ilə məsləhətləşmə aparılmalıdır. Azad edilmiş torpaqlarımızın bərpası ilə bağlı bir çox önəmli qərarlar əlbəttə ki, qəbul edilib və bu məsələ ilə bağlı qərargah yaradılıb. Qərargaha Prezident Administrasiyası rəhbərlik edir. Qurumlar və nazirliklər tərəfindən edilən bütün təklif və təşəbbüslər aidiyyəti qərargaha göndərilməlidir. Çünki dövlət kim necə istəyir, həmin torpaqları və əraziləri bərpa edə bilməz. Biri filial açmaq istəyir, biri nəsə başqa bir qurum. Bu yolverilməz və qəbuledilməzdir. Ucuz populyarlıq və dırnaqarası məşhurluq qazanmaq üçün Vətən torpağından istifadə edilməsinə son qoyulmalıdır. Azərbaycan torpaqları vahid ərazi bütövlüyünə malikdir və Azərbaycan xalqının və dövlətinin ümumi Vətənidir. Heç kimin-kimliyindən asılı olmayaraq və heç bir məmurun şəxsi mülki deyil və ola bilməz!

Ölkə başçısı cənab İlham Əliyev dəfələrlə məmurlara öz yerlərini xatırladıb. Onların xalqın xidmətçisi olduğunu bildirib. Cənab Prezidentin yeni açıqlamasında qeyd edildiyi kimi bütün proseslər ardıcıllıqla aparılmalıdır. Öncə minadan təmizlənmə işləri çox dəqiqliklə aparılmalı, pasportlaşma, protokollaşma, daha sonra infrastruktur məsələləri və məcburi köçkünlərin köçürülməsi prosesi. Əlbəttə bütün bunlar heç də asan məsələ deyil.Hər işin öz məsuliyyəti və çətinliyi var. Şuşanın bərpasını gözləməyə səbri çatmayan məmurlar və qurum rəhbərləri artıq özlərinə orada torpaq sahəsi ayırmağı düşünürlər. Cənab Prezidentin də qeyd etdiyi kimi Şuşa mədəniyyət paytaxtıdır, məmurlar paytaxtı deyil. Heç kim özbaşınalıq edə, xalqın və dövlətin, eləcə də ölkə rəhbərinin səbrini sınamamalıdır. Əksinə ölkəmizin, xalqımızın və dövlət başçımızın ətrafında sıx birləşib, işləri daha da sürətləndirib, Azərbaycanın daxili siyasətinə güc verib , ölkəmizin qüdrətini dünyaya tanıtmalıdır.

YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin üzvü
Vəfa Mürsəlzadə
Xəbəri paylaş