Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəhman Hacıyev: "Qarşıya qoyulan vəzifələrin həlli üçün əlimdən gələni edəcəyimə söz verirəm"



Newscenter.az.4.02.2021. “Bu gün həyatımın ən vacib anlarından biridir. Mənimçün Qarabağ Dirçəliş Fondunun rəhbəri vəzifəsinə təyin olunmağım möhtərəm Cənab Prezident İlham Əliyev tərəfindən göstərilən böyük etimad, eyni zamanda, böyük məsuliyyətdir”.

Bunu bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri təyin edilən Rəhman Hacıyev özünün feysbukdakı səhifəsində yazıb.

“Dövlət başçısı dəfələrlə qeyd etdiyi kimi, biz işğaldan azad edilmiş ərazilərimizin bərpasını, vətəndaşlarımızın bu torpaqlara qayıdışını təmin etməli və Qarabağı ölkənin dilbər guşələrindən birinə çevirməliyik. Əminəm ki, cənab Prezidentin rəhbərliyi altında həmin məqsədlərə çatmaq üçün Qarabağ Dirçəliş Fondu öz töhfəsini verməyi bacaracaq və işğaldan azad olunan ərazilərin Vətənimizin gələcəyinə tam inteqrasiyasının təmin edilməsində əhəmiyyətli rol oynayacaq. Bu etimada görə dövlət başçısına dərin minnətdarlığımı bildirirəm və qarşıya qoyulan vəzifələrin həlli üçün əlimdən gələni edəcəyimə söz verirəm”, - R.Hacıyev qeyd edib.
Xəbəri paylaş