Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Göygöldə yanğın olub, xəsarət alan var



Newscenter.az.5.02.2021. Göygöl rayonunda xəsarətlə nəticələnən yanğın hadisəsi baş verib.

Bu barədə Newscenter.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Rayonun Balçılı kəndində ümumi sahəsi 120 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 3 ton ot bağlaması yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xəbəri paylaş