Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Əminə Ağazadə seçicilərlə görüşüb-FOTOLAR



Newscenter.az.6.02.2021.Millət vəkili Əminə Ağazadə deputat olaraq təmsil etdiyi Kürdəmir rayonunun Sovla və Söyüdlər kəndlərində seçicilərlə görüş keçirib.

Newsxcenter.az xəbər verir ki, görüş zamanı kənd əhalisinin problemləri dinlənilib, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sovla kəndində əsası 1938-ci ildən qoyulmuş kənd orta məktəbinin binası ilə tanış olan millət vəkili yeni məktəb binasının tikintisi ilə bağı ölkə rəhbərliyinə, müvafiq orqanlara ünvanladığı müraciətlər haqqında məlumat verərək yeni ildən bu məsələ ilə bağlı daha aktiv mövqedən fəaliyyət göstərəcəyini vurğulayıb.

Sovla kəndində Vətən müharibəsində şəhid olmuş Oruc Soltanovun ailəsini ziyarət edən Əminə Ağazadə şəhidin ailə üzvləri ilə görüşüb, onların istək və arzularını dinləyib. Millət vəkili Vətən müharibəsində şəhid olmuş qəhrəman övladlarımızın xatirəsinin əbədiləşdirilməsi istiqamətində bütün səylərin səfərbər olunacağına əmin olduğunu bildirib.

Söyüdlər kəndində Milli Məclisin deputatı əhali ilə görüşlərdə kəndin ən vacib problemi olan su probleminin həlli ilə əlaqədar mövcud məsələlərlə maraqlanıb, əhalinin haqlı narazılığına səbəb olan halların qısa müddət ərzində aradan qaldırılması istiqamətində konkret addımların atılmasının vacibliyini vurğulayıb. Kənd əhalisi deputatın fəaliyyətindən razılıqlarını bildirərək ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.

NEWSCENTER.AZ

Xəbəri paylaş