Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağda aşkarlanan itkin erməni hərbçilərinin meyitlərinin sayı 1 365-ə çatdı



Newscenter.az.6.02.2021. Hadrutda ötən gün aparılan xilasetmə-axtarış işləri zamanı daha bir erməni hərbi qulluqçunun meyiti tapılıb.

Bu barədə “Report” Ermənistan mətbuatına xəbər verir.

Qeyd edilir ki, meyitin şəxsiyyəti tibbi məhkəmə ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bu gün axtarışlar Hadrut və Cəbrayılda davam etdirilib.

2020-ci ilin 13 noyabrından 2021-ci il fevralın 5-ə qədər Qarabağda ümumilikdə 1 365 meyit aşkarlanıb.
Xəbəri paylaş