Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağsunun ucqar dağ kəndində yanğın olub



Newscenter.az.7.02.2021. Ağsu rayonu ərazisində yanğın hadisəsi qeydə alınıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, yanğın rayonun ucqar dağ kəndi olan Kalva kəndində, Zahid Nuriyevin həyətindəki çardaqda baş verib.

Yanğını söndürmək üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağsu və Şamaxı Dövlət Yanğından Mühafizə hissələrindən ümumilikdə 11 nəfər şəxsi heyət və 2 yanğınsöndürən maşını cəlb olunub.

Alovun yaxınlıqdakı evə və mal-qara saxlanan tövləyə keçməsinin qarşısı alınıb. Buna baxmayaraq, çardağın xeyli hissəsi və 2,2 ton bağlı otun yarıya qədəri yanıb.

Hazırda yanğının tamamilə söndürülməsi üçün səylər davam edir.
Xəbəri paylaş