Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Könül Nurullayeva: "Mübarizin göstərdiyi şücaət bizlər üçün əbədi qürur mənbəyidir"



Newscenter.az.7.02.2021. "Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 33-cü doğum günüdür, igidimizi hörmətlə
anırıq!"

Newscenter.az xəbər verir ki, bu fikirləri özünün facebook səhifəsində Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkili qeyd edib ki, Mübarizin göstərdiyi şücaət, onun qəhrəmanlıq hekayəsi, vətəninə olan sonsuz sevgisi və ədalətsizliyə qarşı məğrur mübarizəsi bizlər üçün əbədi qürur mənbəyidir:

"Mübariz İbrahimovun simasında vətən uğrunda canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm!".

Ruhiyyə
Xəbəri paylaş