Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Karantin qaydalarını pozan ictimai iaşə müəssisələrinin sahibləri cərimələndi



Newscenter.az.7.02.2021. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

Newscenter.az-a AQTA-dan bildirilib ki, daxil olan məlumat əsasında AQTA əməkdaşları tərəfindən 6 fevral 2021-ci il tarixində Səbail rayonu, T.Əliyarbəyov 4A ünvanında fiziki şəxs Şirinov Rüfət Ramizoviçə məxsus “Kefli" və Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində Əkbərova Gülmirə Əfsər qızı məxsus "Çayka" adlı ictimai iaşə müəssisələrində reydlər həyata keçirilib. Reydlər zamanı sahibkarlıq subyektlərində karantin qaydalarının kobud şəkildə pozulduğu, məsul şəxslərin təyin olunmadığı, sosial məsafə və masalararası məsafənin gözlənmədiyi, adambaşına müəyyən edilən sıxlıq normalarına uyğun olmadan müştərilərin qəbul edildiyi və müştərilərin, eləcə də obyektdə çalışan işçilərin maskadan istifadə etmədiyi məlum olub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq inzibati tədbirlər həyata keçirilib.

Orxan

Xəbəri paylaş