Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarsda Türkiyə-Azərbaycan birgə hərbi təlimləri davam edir



Newscenter.az.7.02.2021. Türkiyə və Azərbaycan hərbçilərinin “Qış-2021” hərbi təlimləri davam edir.

Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib ki, təlimlər çərçivəsində hərbçilər hava və məsafədən atlanmalar yerinə yetirilib.

"Qış-2021" təlimləri Türkiyənin Qars əyalətində fevralın 1-dən 12-dək keçirilir. Təlimlərin məqsədi birgə əməliyyatların keçirilməsi vaxtı hərəkətlərin koordinasiyasını təmin etmək, həmçinin yeni silahlandırılmanı və nəqliyyat vasitələrini sınaqdan keçirməkdir.

Təlimlərdən videokadrlar Türkiyə Milli Müdafiə Nazirliyinin tvitterdəki səhifəsində yerləşdirilib.
Xəbəri paylaş