Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xaçmaz polisi COVID-19 pandemiyası ilə bağlı maarifləndirici tədbir keçirib



Newscenter.az.8.02.2021. Xaçmaz polisi COVID-19 pandemiyası ilə bağlı maarifləndirici tədbir keçirib. Newscenter.az xəbər verir ki, şöbə əməkdaşları rayon ərazisində yerləşən 6 saylı tam orta məktəbdə şagirdlərlə görüş keçirərək, onlara koronavirus infeksiyasının fəsadları barədə məlumatlar veriblər.

Bildirilib ki, sevindirici haldır ki, artıq pandemiyanın ölkə ərazisində yayılmasında azalmalar müşahidə edilir. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən müvafiq qərarla isə fevral ayının əvvəlindən ölkə üzrə təhsil müəssisələrinin fəaliyyəti bərpa edilib.

Lakin buna baxmayaraq, həyata keçirilən yumşalma tədbirləri vətəndaşlar arasında arxayınlıq yaratmamalı, hər bir şəxs təyin olunmuş qaydalara ciddi riayət etməlidir. Təhsil ocaqlarına daxil olan hər şəxs, istər müəllimlər, istərsə də şagirdlər diqqətli olmalı, mütləq qaydada sanitar-epidemioloji qaydalara riayət etməli və pandemiyanın yenidən yayılmasının qarşısının alınmasına iştirak etməlidir.

Şagirdlərə insanların sıx toplaşdığı mühitin infeksiyanın yayılmasına birbaşa təsir etdiyini də çatdıran polislər, uşaqlara belə yerlərdən kənar gəzməyi məsləhət görüblər.

Görüşün sonunda məktəbin rəhbərliyi və müəllimlər keçirilən görüşə Xaçmaz RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, polis əməkdaşları respublikanın digər bölgələrindəki təhsil müəssisələrində də maarifləndirici tədbirlər keçirirlər.

Mehman
Xəbəri paylaş