Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azərbaycanda qadınların vəhşiliklə qətlə yetirilməsinə biganə qalmayın" adlı petisiya imzalanır



Newscenter.az.9.02.2021. Azərbaycan hökumətinə ünvanlanan "Azərbaycanda qadınların vəhşiliklə qətlə yetirilməsinə biganə qalmayın" adlı petisiya üçün imzaları toplanılır.

Newscenter.az xəbər verir ki, petisiyanı imzalamaq üçün bu linkə daxil olmaq lazımdır.

link: https://cutt.ly/ekEui4E


#DahaHeçBirQətləYox #BanuÜçünSusma


Son günlərdə ölkəni silkələyən qadın qətlləri ilə bağlı (qayınatası tərəfindən vəhşicəsinə qətlə yetirilmiş Banu, yaşadığı evdə bıçaqla öldürülən Lalə Ramazanova və onun kimi minlərlə qurban və cinayətkarlar) tədbir görülməsi üçün hökumətə müraciət.

Biz, petisiyani imzalarayaq aşağıda qeyd olunan məsələlərə diqqətininizi yetirib dərhal münasibət bildirməyinizi və müfaviq tədbirlərin görülməsini tələb edirik:

1. Azərbaycan hökuməti tərəfindən yaxın gələcəkdə İstanbul Kovensiyasının imzalanması və buna əsaslanaraq qadınlara qarşı zorakılığın aradan qaldırılması məqsədi ilə milli qanunvericilikdə dəyişikliklərin edilməsi.
2. Gələcəkdə bu cür cinayətlərin qarşısını almaq üçün Banu Məhərrəmova timsalında qadın cinayətlərinin istintaqlarının və məhkəmə prosesinin ictimaiyyətə açıq formada keçirilməsi və cinayatkarların ən ağır cəza ilə muhakimə olunması.


Biz, yüzlərlə gender bərabərliyi fəalını özündə birləşdirən Gender Hub Azərbaycan Platforması olaraq Azərbaycanda qadınlara qarşı zorakılıq hallarının ictimailəşdirilməsi və qarşısının alınmasına çalışırıq. Nəzərinizə çatdıraq ki, son bir ayda təkcə kütləvi informasiya vasitələri ilə ictimailəşdirilən 10 qadın vəhşicəsinə öz qayınatası, həyat yoldaşı, doğma atası, qardaşları və ya digər yaxınları tərəfindən zorakılığa məruz qalmışlar.

Təəssüflər olsun ki, Azərbaycanda qadına qarşı zorakılıq hallarına reaksiya qənaətbəxş deyil. "Qadın dözməlidir", "Görəsən, qadın nə edib?", "Yaxşı at özünə qamçı vurdurmaz", "Qızını döyməyən dizini döyər" kimi əxlaqsız fikirlər hazırda kütləvi xarakter daşıyır. Zorakılıq hallarının aradan qaldırılması, zərərçəkmişə düzgün münasibət göstərilməsi ilə bağlı heç bir maarifləndirmə işləri aparılmır, hadisələrə doğru qiymət verilmir.

Qadınlara qarşı cinayətlər üçün digər bir bəhanə isə ailənin namus və qeyrətini təmizləmək naminə qadının öldürülməsinin həll yolu olaraq görülməsidir. Cəmiyyətdə qəlibləşmiş fikirlər insanları boşanma yolu ilə məsələnin həllindənsə, "bu evdən yalnız cəsədin çıxa bilər" deyərək zorakılığa, insan həyatına son qoymağa təşviq edir. Ölkəmizdə 2006-cı ildə "Gender bərabərliyinin təminatları haqqında" qanun, 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul olunsa da, onların icrası və icrasına nəzarət lazımi səviyyədə deyil. Hüquq-mühafizə orqanlarının bəzi əməkdaşlarının zərərçəkmiş qadına "atandır, hörmətlə yanaş", "ərindir, ailədə hər şey olur", "Bir mübahisəyə görə ailəni dağıtma" kimi, zərərçəkmişin real və gələcək sosial-psixoloji vəziyyətini nəzərə almadan bildirdiyi fikirlər cinayətkarın məsuliyyətdən yayınmasına, növbəti dəfə daha ağır zorakılıq halları törətməsinə zəmin yaradır. Araşdırmalara əsasən, zorakılıq törədib cəzasız qalan şəxslər növbəti dəfələrdə daha ağır zorakılıq tətbiq edirlər.

Diqqətinizə çatdırılacaq digər bir vacib məqam isə bu sahəyə aidiyyəti olan millət vəkillərinin qadın cinayətlərinə heç bir münasibət bildirməməsi və ölkənin sosial-iqtisadi rifahı üçün önəmli olan gender bərabərliyi məsələsinə laqeyd yanaşmasıdır. Məsələn, millət vəkilləri nə kütləvi informasiya vasitələrində, nə də Milli Məclisin gündəliyində demək olar ki, bu mövzulara toxunmur. Bəzi millət vəkilləri isə İstanbul Konvensiyasının Azərbaycanda gender bərabərliyi və qadınlara qarşı zorakılıqla mübarizədə əhəmiyyətini ümumiyyətlə dəstəkləmir. Qeyd edək ki, İstanbul Konvensiyası Avropa Şurasına üzv olan yalnız iki ölkə tərəfindən imzalanmayıb və onlardan biri Azərbaycandır.

Bütün bunları nəzərinizə çatdıraraq qadın cinayətlərinə son qoyulması üçün müvafiq tədbirlərin görülməsini tələb edirik! 27 yanvar 2021-ci il tarixində Binəqədi rayonunda Banu Məhərrəmovanın amansız şəkildə öz qayınatası tərəfindən öldürülməsi qadınlara qarşı zorakılığa son qoyulması sahəsində təxirəsalınmaz və təcili addımlar atılmasını tələb edir.
Xəbəri paylaş