Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib - FOTOLAR



Newscenter.az.9.02.2021. 9 Fevral 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov və YAP Yevlax rayon təşkilati Gənclər Birliyinin fəal gəncləri Yevlax rayonunun Qaramanlı və Qoyunbinəsi kəndində yaşayan Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib.

Newscenter.az xəbər verir ki, ilk olaraq rayonun Qaramanlı kəndində yaşayan Vətən müharibəsi şəhidi Fəhmin Quliyevin və Uğur İsmayılzadənin ailələri ilə görüşən İlham Məmmədov onlara Prezident İlham Əliyevin və I vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə diqqət və qayğısından, eyni zamanda onlar üçün dövlət tərəfindən yardılmış şəraitdən danışıb.

Daha sonra rayonun Qoyunbinəsi kəndində yaşayan Vətən müharibəsi şəhidi Fərid Abışovun ailəsini ziyarət edən İlham Məmmədov şəhidlərin adlarının dövlətimiz tərəfindən daim uca tutulduğunu və onların əziz xatirəsinin əbədiləşdirildiyini qeyd etmişdir. Şəhid ailələri dövlətimizin Vətən müharibəsində əldə edilmiş uğurlarına görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişdir.

Onlar bütün bu uğurların Ölkə Prezidentinin müasir,güclü ordu quruculuğu, qətiyyətli və siyasi iradəsi nəticəsində əldə edildiyini qeyd etmişlər. İlham Məmmədov da öz növbəsində hər zaman şəhid ailələrini və qaziləri diqqətdə saxlaycağını, onların qayğılarını öz qayğıları kimi qəbul edəcəyini bildirmiş, müraciət və təkliflərini dinləmişdir. Görüşdə səsləndirlən təklif və müraciətlərlə bağlı qeydlər götürülümüş,həlli ilə bağlı aidiyyatı qurumlara müraciət ediləcəyi bildirilmişdir.

NEWSCENTER.AZ
Xəbəri paylaş