Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan: Türkiyə 2023-cü ildə Aya kosmik raket göndərəcək



Newscenter.az.9.02.2021. Türkiyə 2023-cü ilin sonunda kosmosa raket buraxmağı planlaşdırır.

Newscenter.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Milli kosmik proqramın nümayişi mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, qeyd edib ki, kosmik raket Aya enəcək.

"Türkiyə əsrlər boyu dünyada ədalətin, əxlaqın və barışın ilki olmuş mədəniyyətinin qapısını kosmik səyahətə açır", - dövlət başçısı deyib.

Ərdoğan həmçinin bildirib ki, Türkiyə Milli kosmik proqram çərçivəsində kosmosa öz vətəndaşını göndərməyi planlaşdırır.

Anar TAĞIYEV
Xəbəri paylaş