Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ötən il istehsalatdakı bədbəxt hadisələrdən 48 nəfər ölüb, 202-si xəsarət alıb



Newscenter.az.9.02.2021. 2020-ci ildə qeydə alınan istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı əvvəlki illə müqayisədə 10%-ə yaxın azalaraq 228-ə düşüb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) məlumat verilib.

Bildirilib ki, bu hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 24% azalaraq 48 nəfərə, müxtəlif dərəcəli bədən xəsarəti alanların sayı isə 15,5% azalaraq 202-yə enib: "İstehsalatla əlaqəli baş vermiş hər bir bədbəxt hadisə ilə bağlı Xidmət tərəfindən müvafiq qaydada təhqiqat işləri aparılıb və qanunauyğun tədbirlər görülüb. Zərərçəkmiş şəxslərə İstehsalat Zədəsi ilə bağlı aktlar verilib. İqtisadi fəaliyyət sahələri üzrə istehsalatla bağlı bədbəxt hadisələrin daha çox emal sənayesi, tikinti, mədənçıxarma sənayesi, nəqliyyat və anbar təsərrüfatı, energetika və digər sahələrdə baş verdiyi müəyyən edilib".
Xəbəri paylaş