Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qanı ilə tarix yazan daha bir hərbçimizin nəşi torpağa tapşırıldı-FOTOLAR



Newscenter.az.13.02.2021. Vətən müharibəsində işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Aslanov Bəxtiyar İlqar oğlu bugün son mənzilə yola salındı. Aylardır axtarışları davam edən hərbi qulluqçunun cənazəsi Murov dağın Ağbaba yüksəkliyində aşkar olunub.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin deputatı Anar Məmmədov verib. O, bildirib ki, Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovla birlikdə şəhidimizin dəfnində iştirak edib, şəhidimizə Allahdan rəhmət dilədik, ruhuna dualar oxuduq, ailəyə səbr dilədik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun.

Mehman
Xəbəri paylaş