Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaponiyada güclü zəlzələ olub, yaralılar var-VİDEO



Newscenter.az.13.02.2021. Yaponiyanın şimal-şərqində, Fukusima prefekturasında baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində səkkiz nəfər yaralanıb.

Bu barədə “Report” “Kyodo” agentliyinə istinadən məlumat verir.

Hazırda yerli hakimiyyət orqanları qurbanlar və mümkün zərərlər barədə məlumat toplayır. Fukusima prefekturasındakı eyni adlı inzibati mərkəzdə də bir neçə yanğın olub, hazırda yanğınsöndürmə xidmətləri məlumatları dəqiqləşdirir.

Ölkənin Nazirlər Kabinetinin Baş Katibi Katsunobu Kato təcili mətbuat konfransında əvvəlcədən elan edilmiş sunami xəbərdarlığının qaldırıldığını söyləyib.

Bundan əlavə, Kato yerli əhaliyə sakitliyi qorumaqla bağlı çağırış edib və ölkə rəhbərliyinin təbii fəlakətin nəticələrini minimuma endirmək üçün lazım olan hər şeyi etdiyini vurğulayıb.

Zəlzələ nəticəsində 830 min ailə işıqsız qalıb, sürət qatarların hərəkəti dayandırılıb.
https://www.instagram.com/p/CLPFj11JYYY/?utm_source=ig_embed&utm_campaign=embed_video_watch_again
Xəbəri paylaş