Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Politoloq: " Qarabağla bağlı ictimai rəyi nə hakimiyyət, nə də media idarə edə bilmir"



Newscenter.az.14.02.2021. 44 günlük Vətən müharibəsində bütün sahələrdə qalib olduq. Ona görə ki, dövlət, xalq və Ordunun hədəfi bir idi və "Öncə Vətən" anlayışına xidmət edirdi. Bu gün isə vəziyyət fərqlidir.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Natiq Miri deyib ki, hakimiyyətin qapalılığı, cəmiyyəti açmaması bizi informasiya məkanında Ermənistana uduzdurur:

"Bu gün Qarabağla bağlı ictimai rəyi nə hakimiyyət, nə də ona bağlı media idarə edə bilmir. Azərbaycan cəmiyyəti Qarabağla bağlı baş verən hadisə və məlumatları operativ olaraq daha çox Ermənistan və Rusiya mediasından almaq məcburiyyətindədir. Çünki bu yöndə Azərbaycanda məlumat qıtlığı var və bu durum yanlış olduğu qədər, zərərlidir".

Natiq Mirinin sözlərinə görə, məhz bunun nəticəsidir ki, separat rejimin başçısı ilə Azərbaycan rəsmisinin görüşünü "reallıq" çətiri altında gizlədib, müsbət hadisə kimi cəmiyyətə təqdim edənlər var:

"Sual olunur, bu reallığı kim yaradıb və yaradılan bu reallıqda bizim iştirakımız olubmu? Əslində isə bu reallıq bizim iştirakımızla bizə əngəl olmaq üçün yaradılan bir prosesdir, hansı ki biz bu prosesin arxasınca sürünmək məcburiyyətində buraxılmışıq. Halbiki sentyabrın 27-də 44 günlük müharibə kimi Azərbaycan tərəfindən yaradılan bir proses vardı və bütün regional və qlobal güclər yaratdığımız prosesin arxasınca sürünmək məcburiyyətdə buraxılmışdılar. Ortadakı fərq budur".

Mehman
Xəbəri paylaş