Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qubadlıda erməni hərbçilərin meyitləri aşkarlandı



Newscenter.az.14.02.2021. Qubadlı rayonunda aparılan axtarışlar zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində itkin düşmüş dörd hərbçisinin meyiti aşkarlanıb.

Bu barədə Newscenter.az Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, meyitlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün təbb-məhkəmə ekspertiza qrupu yaradılıb.

Bununla da Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin sayı 1 378 nəfərə çatıb.

Qeyd edək ki, Qarabağda itkin ermənilərin axtarışlarına Rusiya hərbçiləri ilə yanaşı, əsgər və zabitlərin valideynləri, yaxınları da iştirak edir. Əsgər valideynləri dəfələrlə Yerevanda hökumət binasının qarşısında etiraz aksiyaları keçirərək, övladlarının tapılmamasına narazılıqlarını bildiriblər.

Anar TAGIYEV
Xəbəri paylaş