Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat: "Ailəmin bir neçə üzvü vaksinləşmə prosesində iştirak edib, hazırda özlərini tam sağlam və gümrah hiss edirlər"



Newscenter.az.16.02.2021. "Ailəmin bir neçə üzvü artıq vaksinləşmə prosesində iştirak edib, hazırda özlərini tam sağlam və gümrah hiss edirlər. Bu səbəbdən sizlərə də rahat şəkildə vaksindən yararlanmağı tövsiyə edirəm".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkili vətəndaşlara, seçicilərinə müraciət edərək bildirib edib ki, özünüzün, yaxınlarınızın və ümum cəmiyyətimizin sağlamlığını qorumaq və əvvəlki həyat tərzimizə ən qısa zamanda qayıtmaq üçün hər birinizi COVİD-19 əleyhinə vaksinləşmə prosesində iştirak etməyə çağırıram:

"Qeyd edim ki, ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Peyvəndi istehsal edən şirkət tərəfindən yalnız vaksinin elementlərinə qarşı həssaslığı olan, vaksin vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşməsi mərhələsində olan insanlara vurulması tövsiyə edilmir. Bu kateqoriyalara daxil olmayan digər Azərbaycan vətəndaşlarını sağlamlıqları naminə vaksinləşmə prosesində iştirak etməyə səsləyirəm".

Məlumat üçün qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vətəndaşlarımızın vaksinasiya prosesi hal-hazırda davam etdirilir. fevralın 17-dən etibarən 50 yaş və üzəri vətəndaşlarımızın da könüllü vaksinasiya prosesinə başlanılacaq.

R.Mehdiyeva
Xəbəri paylaş