Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Səbinə Xasayeva seçicilərlə onlayn görüş keçirib



Newscenter.az.16.02.2021. Milli Məclisin deputatı Səbinə Xasayeva Binəqədi rayonunun Xocasən qəsəbəsinin bir qrup sakinləri ilə onlayn görüş keçirib.

Newscenter.az xəbər verir ki, görüşdə iştirak edən vətəndaşlardan İlfə Əliyev, Emin Əliyev,Gülnaz Babayeva, Zülfiyyə Əsədullayeva, Roza Sadıqova, Məsumə Novruzova və Azad Məmmədov bəzi məhəllədaxili yolların asfaltlaşdırılmasının və ışıqlandırılmasının, Xocəsəndən “Sədərək” ticarət mərkəzinə gedən yolun işıqlandırılmasının, Fərhad Ağazadə küçəsindən kənd qəbirstanlığının sonuna kimi yol çəkilməsinin, o cümlədən, qəsəbədə çörək zavodunun tikilməsinin, qəsəbədə münasib yerdə “Kapital” bankın bankomatının yerləşdirilməsinin, yeni ad verilmiş küçələrə yazılı ünvanların vurulması və həmin ünvanların “ASAN” xidmət tərəfindən tanınmasının, uzun müddət əvvəl tikilmiş fərdi evlərin sənədləşdirilməsinin, əhalinin məşğulluğu üçün yeni iş yerlərinin yaradılmasının, qəsəbədə yeni baxça tikilməsinin, mövcud kanalizasiya xətlərinin yenidən qurulmasının və digər məsələlərin vacibliyini qeyd ediblər.

Deputat bildirib ki, müvafiq qurumlara təqdim etmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb:

Qeyd edək ki, görüşdə Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov, Binəqədi rayon icra hakimiyyəti başçısının Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Teyyub Abdullayev və Xocəsən bələdiyyəsinin sədri Nigar Məmmədova iştirak ediblər.

NEWSCENTER.AZ

Xəbəri paylaş