ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Rafaelle Paqnotsi: "Tokio-2020 Yay Olimpiya Oyunlarının baş tutması, böyük idmanın qayıdışı olacaq"

16-02-2021, 14:59



Newscenter.az.16.02.2021. "Tokio-2020 Yay Olimpiya Oyunlarının baş tutması, böyük idmanın qayıdışı kimi xarakterizə olunacaq".

Newscenter.az-ın məlumatına görə, bunu Avropa Olimpiya Komitəsinin baş katibi Rafaelle Paqnotsi deyib.

"Biz indi elə bir dövrdə yaşayırıq ki, sabah nə olacağı bəlli deyil. Pandemiya adi insanlarla yanaşı, idmançılar üçün də gözlənilməz oldu. Bəziləri formasının zirvəsində olmağına baxmayaraq, uzun müddət məşq etmədi və formadan düşdü, təssüf ki, bəziləri hətta karyerasını bitirmək nöqtəsinə qədər gəlib çatdı. Əlbəttə, mən Olimpiya oyunlarının keçirilməsini çox arzulayıram. Əminəm ki, Yaponiya hökuməti bunun üçün əlində olan bütün imkanları səfərbər edəcək.” deyə Avropa Olimpiya Komitəsi rəsmisi bildirib. O dekabrda Gənclər Olimpiya Oyunlarının keçirilməsini çox arzulamalarına baxmayaraq təxirə salınmasına təssüfləndiyini də ifadə edib.

Avropa Olimpiya Komitəsinin baş katibi Rafaelle Paqnotsi onu da bildirib ki, Yay Olimpiya Oyunları hətta azarkeşsiz olsa belə, baş tutsa yenə də çox yaxşı olar.

“Olimpiya Oyunlarının baş tutması, həmçinin böyük idmanın qayıdışı kimi də xarakterizə olunacaq. Bizim üçün Yay Olimpiya Oyunları ilə yanaşı, Qış Olimpiya Oyunları da çox vacibdir. Amma indi Avropada vəziyyət fərqlidir. Bəzi ölkələr pandemiyadan daha çox, digərləri isə daha az təsirə məruz qalıb.” fikri ilə Paqnotsi müsahibəsini davam etdirib. “Bizim əlimizdən nə gəlirsə, idmançılara kömək etməyə çalışırıq. Onların fedarasiya rəsmiləri ilə daimi təmasdayıq. Bilirsiniz, bir il ərzində idmançılar çox şey itirib. Hələ ötən il zirvədə olanlar, indi həmin zirvədən o qədər uzaqdırlar ki... Avropa Olimpiya Komitəsinə daxil olan 50-yə yaxın ölkə var. Əlbəttə, bəziləri daha az, digərləri daha çox təsirləniblər. Düşünürəm ki, hamı kimi avropalılara da çətin olacaq. Ola bilər ki, sıralama alışdığımız kimi olmayacaq. Bir çox komanda pandemiya səbəbindən ənənəvi formasında deyil, amma yarışda onsuz da hamı əlindən gələni etməyə çalışacaq".

Mehman

Oxşar xəbərlər
SON XƏBƏRLƏR