Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mingəçevirdə avtomobil yanıb



Newscenter.az.17.02.2021. Mingəçevir şəhərində avtomobildə yanğın hadisəsi olub.

"Report"un xəbərinə görə, hadisə bu gün günorta saatlarında şəhərin mərkəzi hissəsində qeydə alınıb.

Belə ki, "Opel" markalı minik avtomobilində anidən yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları gəlib. Avtomobil yanğından mühafizə olunub. Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Nəticədə avtomobilin salonunda elektrik naqilləri qismən yanıb.

Araşdırma aparılır.
Xəbəri paylaş