Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Estoniya-Azərbaycan parlament qrupu: "Xocalıda kütləvi qətl törədənlər məsuliyyət daşımalıdır"

Estoniya-Azərbaycan parlament qrupu: "Xocalıda kütləvi qətl törədənlər məsuliyyət daşımalıdır"


Newscenter.az.19.02.2021.
Estoniya-Azərbaycan parlament qrupu Xocalı səyqırımı ilə bağlı açıqlama yayıb.

Newscenter.az xəbər verir ki, qrup üzvlərinin yaydığı açıqlamada Estoniya-Azərbaycan parlament qrupu Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir. Qeyd edilir ki, 600-dən çox günahsız vətəndaşın öldürüldüyü Xocalı qətliamına görə Azərbaycan xalqının acısını bölüşürük.

Qrup üzvləri fevralın 25-də Xocalıda Azərbaycan vətəndaşlarına qarşı həyata keçirilən cinayətləri şiddətlə qınayır. Bildirilir ki, 1992-ci ilin fevral ayında həmin kütləvi qətli törədənlər məsuliyyət daşımalıdır.

Estoniya-Azərbaycan parlament qrupu Dağlıq Qarabağ bölgəsində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında hərbi əməliyyatların sona çatmasını da alqışlayır, regionda daimi sülhün yaradılması, inteqrasiya və yenidənqurma işlərinin aparılmasını dəstəklədiyini bəyan edir.

Qeyd edək ki, açıqlamanı qrupun Azərbaycan tərəfindən olan üzvü, Milli Məclisin deputatı Jalə Əhmədova paylaşıb.
Mehman
Xəbəri paylaş