Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsmayıllıda Vətən müharibəsinin qazisi yüksək vəzifəyə təyin olunub



Newscenter.az.19.02.202. II Qarabağ müharibəsinin qazisi Novruzov Vüqar Əliağa oğlu RİH başçısının müvafiq sərəncamı ilə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Newscenter.az-a Rayon Icra Hakimiyy'tind'n bildirilib ki? yerli icra hakimiyyətlərində bu şöbə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən yaradılıb.

Vüqar Novruzov 1981-ci il tarixində İsmayıllı şəhərində anadan olub, 2003-cü ildə Azərbaycan Ali Hərbi Məktəbinin İdarəetmə mühəndisliyi ixtisasını bitirib. 17 il Azərbaycan ordusunda müxtəlif hərbi vəzifələrdə xidmət edib. V.Novruzov “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Yubiley və “Vətən naminə” medalları ilə təltif olunub.

Vətən müharibəsi zamanı mayor rütbəsi ilə Murov yüksəkliyi, Talış və Suqovuşan kəndləri uğrundə gedən döyüşlərdə iştirak edib, 19 oktyabr 2020-ci il tarixində Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə yaralanıb, sol ayağını itirib. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif olunub. Ailəlidir, üç övladı var.

İsmayıllı Rayon İcra Hakimiyyətinin kollektivi adından Vüqar Novruzovu yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edir, möhkəm can sağlığı və gələcək faəliyyətində uğurlar arzulayırıq.

Rayonda dövlət işlərində gənclərə üstünlük verilməsi və bunun bariz nümunəsi Qarabağ qazilərinə yüksək etimad göstərilməsi dövlətin qayğı və diqqətinin nəticəsidir.

Anar
Xəbəri paylaş