Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TDƏŞ ölkələrinin energetika nazirlərinin ilk görüşü keçiriləcək



Newscenter.az.19.02.2021. Fevralın 23-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) energetika üzrə işçi qrupunun 1-ci iclası, fevralın 24-də isə energetika nazirlərinin 1-ci görüşü videokonfrans formatında keçiriləcək.

Bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Ölkəmizin təşkilata sədrliyi dövründə baş tutacaq videokonfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistanın energetika nazirləri və yüksək səviyyəli nümayəndələri iştirak edəcək.

Xatırladaq ki, 15 oktyabr 2019-cu ildə Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Türk Şurasına sədrlik Qırğızıstandan Azərbaycana verilib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvləridir. Macarıstan isə müşahidəçi qismində iştirak edir.

Sevinc
Xəbəri paylaş