Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vyetnamdan gətirilən 6 ton darçının istehlaka yararsız olduğu aşkarlanıb



Newscenter.az.20.02.2021. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

Newscenter.az xəbər verir ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Vyetnam Respublikasında “Hanfimex Group” müəssisəsi tərəfindən istehsal olunan və "KAMSER TRADE GRUOP" MMC tərəfindən ölkəmizə idxal edilən 6 ton darçın məhsulu partiyasına Agentliyin müfəttişləri baxış keçirib.

Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində ağır metallar qrupuna aid olan kadmiumun (Cd) kütlə payının qüvvədə olan texniki normativ aktların tələblərinə cavab vermədiyi aşkarlanıb.

Agentlik tərəfindən istehlaka yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.
Xəbəri paylaş