Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətən müharibəsində itkin düşmüş hərbçilərin sayı 28 nəfərdir



Newscenter.az.2.03.2021. Müdafiə Nazirliyi Vətən müharibəsində itkin düşmüş şəxslərin yeni siyahısını yayıb.

Newscenter.az xəbər verir ki, itkin düşmüş hesab olunan 28 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.

Məlumata görə, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Xatırladaq ki, Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb. Siyahıda Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından martın 2-dək dəfn edilən 2 881 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 28 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.
Xəbəri paylaş