Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənclər təşkilatlarından ibarət İctimai Maarifləndirmə qrupları paytaxt və regionlarda şəhid ailələrini və qaziləri ziyarət edir.



Newscenter.az.4.03.2021. Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə gənclər təşkilatlarının nümayəndələrindən ibarət İctimai Maarifləndirmə qrupları müxtəlif istiqamətlər üzrə karantin qaydalarına uyğun olaraq Bakı şəhəri və regionlarda fəaliyyətlərini davam etdirirlər.

Newscenter.az xəbər verir ki, layihənin həyata keçirilməsində əsas məqsəd COVID-19 pandemiyasına qarşı mübarizə və vaksinasiya prosesinin vacibliyi haqqında gənclər arasında maarifləndirici söhbətlər aparmaq, Vətən müharibəsində iştirak edən qazi və şəhidlərimiz haqqında məlumatlandırma, eyni zamanda şəhid və qazi ailələrinin ziyarət olunması, işğaldan azad edilmiş torpaqlarımızda gənclərin gələcəkdə reallaşdırmaq istədikləri layihələr barədə fərdi müzakirələrin aparılması və sorğuların keçirilməsidir.
İctimai Maarifləndirmə qrupları 30 gənclər təşkilatının iştirakı ilə 12 şəhər və rayonda fəaliyyət göstərirlər.
Layihə müddətində fəaliyyətlərə cəlb edilən gənclər təşkilatları aşağıdakılardır:

1. Gənc Vətənpərvərlər İctimai Birliyi
2. Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi
3. Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı İctimai Birliyi
4. Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyi
5. SAF Həyat Naminə Gənclər İctimai Birliyi
6. Həkimlər və Təbib Tələbələr İctimai Birliyi
7. Gənclərin Töhfəsi İctimai Birliyi
8. Azərbaycan Gənc Marketoloq-Reklamçılar İctimai Birliyi
9. Odlar Yurdu Gənclər İctimai Birliyi
10. Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi İctimai Birliyi
11. Yeni Həyat Humanitar və Sosial Dayaq İctimai Birliyi
12. İnternat Məzunlarının Sosial İnteqrasiyası
13. Gənclər Mərkəzi İctimai Birliyi
14. Erasmus Tələbə Şəbəkəsi Azərbaycan (ESN)
15. Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi
16. Dünya Gənc Türk Yazarlar Birliyi İctimai Birliyi
17. Türkiyə Universitetləri Məzunları İctimai Birliyi
18. Gənc Mühasiblər Birliyi İctimai Birliyi
19. Müasir Gənclərin İnkişafına Dəstək İctimai Birliyi
20. Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyi
21. Gələcəyə Körpü GİB
22. Göyçay İnkişaf Mərkəzi Gənclər İctimai Birliyi
23. Azərbaycan Skautlar Assosiasiyası Göygöl nümayəndəliyi
24. Maarifpərvərlik Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası İctimai Birliyi
25. İşıqlı Gələcək Gənclər İctimai Birliyi
26. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası
27. Tərəqqi Gəncliyin İnkişafı İctimai Birliyi (TGİİB)
28. Böyük Yol Gənclər İctimai Birliyi
29. Gənclərin Həmrəyliyi İctimai Birliyi
30. Gəncliyə Dəstək İctimai Birliyi
Xəbəri paylaş