Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsmayıllıda şəhid ailələri ziyarət olunub



Newscenter.az.8.03.2021. İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə idarə və təşkilatlar, gənclər, ictimaiyyətin nümayəndələri ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən I Qarabağ, atəşkəs dövründə və Vətən müharibəsi zamanı şəhid olmuş hərbi qulluqçuların ailələri evlərində ziyarət olunub.

Newscenter.az xəbər verir ki, ziyarət zamanı xatirəsi hər birimiz üçün əziz olan şəhidlərimizin hünəri bir daha yad edilib, onların torpaqlarımızın azadlığı üçün fədakarlıqları xatırlanıb, tariximizdə əbədi yaşayacaqları qeyd olunub. Ziyarətçilər 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhidlərin qadın ailə üzvlərini təbrik edərək, hədiyyələrini təqdim edib, xanımların problemləri ilə maraqlanıblar.

Torpaqlarımızın işğaldan azad edilməsində canından keçən oğullarımızın ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə görə təşəkkürlərini bildiriblər.
RİH başçısının tövsiyəsi ilə əlamətdar günlərdə şəhidlərimizin bizə əmanət qoyduğu ailə üzvləri rayon ictimaiyyəti tərəfindən daim diqqətdə saxlanılır.

Anar
Xəbəri paylaş