Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müsabiqəyə sənəd qəbulu davam edir

 Müsabiqəyə sənəd qəbulu davam edir


Newscenter.az.10.03.2021. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş müsabiqəyə sənəd qəbulu martın 18-də başa çatır.

Newscenter.az KOBIA-ya istinadən xəbər verir ki. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) müvafiq istiqamətlər üzrə müsabiqəyə layihə təqdim etmək istəyən KOB subyektlərinin diqqətinə çatdırır ki, layihələrini qeyd olunan tarixədək Agentliyə təqdim edə bilərlər.

KOB subyektləri müsabiqə üçün müvafiq sənədləri Agentliyə elektron ([email protected]) və ya birbaşa (AZ1069, Bakı şəhəri, Atatürk prospekti, 134) təqdim edə bilərlər. Hər bir layihə üzrə maliyyələşdirmə məbləği maksimum 20 min manatdır.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Hər bir şəxs müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər. Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.

Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri müvafiq sənədləri (ərizə, layihə və büdcənin əsaslandırılması üçün nümunəvi formaları) Agentliyin saytından (https://bit.ly/3oZx4HZ), ətraflı məlumatı isə (012) 404 04 01 və 131 Çağrı Mərkəzindən əldə edə bilər. KOB subyektləri müsabiqəyə təqdim ediləcək müvafiq sənədlərin hazırlanması üçün Agentliyin KOB inkişafı mərkəzlərinin ödənişsiz dəstək və xidmətlərindən istifadə edə bilərlər. Müsabiqənin nəticələri 19 aprel 2021-ci il tarixindən sonra KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdiriləcəkdir. Müsabiqəyə təqdim olunacaq layihələrin qiymtələndirilməsi zamanı layihənin mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları və digər bu kimi amillər əsas götürüləcəkdir.

Sevinc
Xəbəri paylaş