Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP Gənclər Birliyi üzvlərinin sayı iki dəfə artırılıb



Newscenter.az.11.03.2021. "Yeni Azərbaycan Partiyasının (YAP) yeni Nizamnaməsinə əsasən, YAP Gənclər Birliyinin sədri və müavinləri partiya sədrinin təqdimatı əsasında İdarə Heyəti tərəfindən təsdiq edilir".

Bunu Gənclər Birliyinin iclasında YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

O bildirib ki, artıq bu barədə müvafiq qərar qəbul olunub. Belə ki, Bəxtiyar Qabil oğlu İslamov YAP Gənclər Birliyinin sədri, Sevinc Saleh qızı Qasımova və Fəsli Nəbi oğlu Nəbiyev sədrin müavini təyin olunublar. Eyni zamanda 30 nəfər YAP Gənclər Birliyinin üzvü seçilib.

Qeyd edək ki, indiyədək YAP Gənclər Birliyinin üzvlərinin sayı 15 nəfərdən ibarət idi.
Xəbəri paylaş