ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Niderlandda Novruz bayramı və 31 mart azərbaycanlıların soyqırımı ilə bağlı poçt markaları buraxılıb

21-03-2021, 12:46



Newscenter.az.21.03.2021
. Niderland Krallığında fəaliyyət göstərən diaspora təşkilatları ayrı–ayrılıqda müxtəlif səpkili tədbirlər keçirməklə bərabər, onları birləşdirən Azərbaycan diaspora təşkilatının Koordinasiya Şurası tərəfindən təşkil olunan tədbirlərdə də birgə iştirak məsələlərinə diqqətlə yanaşır və bu istiqamətdə görülən bütün işlərdə, digər cəmiyyətlərlə birlikdə səylərini ortaya qoyurlar. Azərbaycan diasporasının Niderland Krallığnda yerləşən Koordinasiya Şurası bu yaxınlarda keçirilən tədbirdə bu ilin fevral ayından başlayaraq, bir il müddətində Azərbaycanla bağlı olan, eləcə də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən müxtəlif səpkili poçt markalaının çap edilərək cəmiyyətə təqdim olunmasını qərara alıb.

Azərbaycan diasporasının Niderland Krallığnda yerləşən Koordinasiya Şurasının üzvü olan Azərbaycan Niderland Odlar Yurdu cəmiyyətindən Newscenter.az-a verilən xəbərə görə, fevral ayında Xocalı faciəsini özündə əks etdirən marka Koordinasiya Şurası tərəfindən artıq sifariş edilib. Mart ayında da çap olunmuş poçt markalarının üzərində Novruz Bayramını və 31 mart soyqırımını özündə əks etdirən materiallar yerləşdirilib. Aprel, may və ardıcıllıqla gələn aylarda da Azərbaycanı əks etdirən markalar çap olunacaq.

Mehman

Oxşar xəbərlər
SON XƏBƏRLƏR