Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda daha 1185 nəfər koronavirusa yoluxub, 20 nəfər vəfat edib



Newscenter.az.24.03.2021. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 185 yeni yoluxma faktı qeydə alınıb, 478 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 249 492 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 233 834 nəfər müalicə olunaraq sağalıb, 3 404 nəfər vəfat edib, aktiv xəstə sayı 12 254 nəfərdir.

Son sutka ərzində 8 121, hazırkı dövrədək isə 2 799 101 test aparılıb.
Xəbəri paylaş