Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BDU-nun 2 dosenti vəfat edib-FOTO



Newscenter.az.28.03.2021. Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin dosenti Pünhan Mustafa oğlu Əfəndiyev vəfat edib.

Newscenter.az təhsil ocağına istinadən xəbər verir ki, 83 yaşında dünyasını dəyişən P.Əfəndiyev 1958-1963-cü illərdə BDU-nun Biologiya fakültəsində təhsil alıb.

1967-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. Geobotanika, bitki morfologiyası, Azərbaycan florası sahəsində elmi-tədqiqat işləri aparıb. 67 elmi məqalənin, 3 metodiki göstəricinin, 1 dərs vəsaiti və 1 monoqrafiyanın müəllifidir.

xxx

Təhsil ocağından bildirilib ki, Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrasın dosenti Azər Mehdi oğlu Şirinov da vəfat edib.

84 yaşında dünyasını dəyişən A.Şirinov 1956-1961-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb. 1973-cü ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 100-dən artıq elmi və publisistik məqalənin, 5 kitabın müəllifidir.

Allah rəhmət eləsin!

Xəbəri paylaş