Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi layihəsinin ikinci konponenti başa çatıb



Newscenter.az.31.03.2021. BMT-nin Əhali Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” birgə layihəsinin 2-ci mərhələsi başa çatıb. Newscenter.az xəbər verir ki, “Yaşlı şəxslərin yeni texnologiyalardan istifadəsinə dəstək” komponenti üzrə DOST Agentliyi tərəfindən 1045 nəfər yaşlı şəxsə 3135 təlim keçirilib.

“Könüllü DOST”lar sırasından seçilmiş 15 nəfər təlim koordinatorları tərəfindən yaşlılara evlərdə və “DOST” mərkəzlərində əyani şəkildə “İnformasiya Texnologiyalarının əsasları”, “İnternet və sosial şəbəkələrdən istifadə”, “Elektron ödənişlərdən istifadə” və başqa mövzularında məlumat verilib. Təlimlər kompüter və mobil telefon üzərindən proqram əlavələrindən istifadə edilərək təqdim olunub və 7 adda - “Elektron ödənişlər” “İnternetdə məlumatların axtarışı”, “Texniki biliklər”, “Onlayn əlaqə vasitələrindən istifadə”, “Əməliyyat sistemləri”, “Elektron poçt və sosial şəbəkələrdə qeydiyyat”, “Ofis proqramları üzrə əməliyyatlar” - hazırlanmış bələdçi bukletlərlə təmin olunub. İkinci mərhələdə 7315 buklet təqdim olunub.

Təlim keçmiş yaşlıların sırasından seçilmiş 50 nəfər layihənin növbəti – 3-cü mərhələsində artıq özü təlimçi qismində iştirak edəcək.

Qeyd edək ki, “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən həyata keçirilir.

Sevinc
Xəbəri paylaş