Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda daha bir yeniyetmə intihar etdi



Newscenter.az.31.03.2021. Qəbələ rayonunda 16 yaşlı yeniyetmə intihar edib.

Newscenter.az-ın unikal.org-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Bayramkoğa kədində qeydə alınıb.

2005-ci il təvəllüdlü kənd sakini Aqşin Calal oğlu İbişov yaşadığı evin tövləsində özünü asıb.

Yaxınları 16 yaşlı övladlarını xəstəxanaya çatdırsalar da, müayinə zamanı artıq onun öldüyü məlum olub.

Qeyd edək ki, 29 mart tarixində Sumqayıt şəhərində 18 yaşlı Misirli Könül özünü 9 mərtəbəli binadan ataraq intihar edib.
Xəbəri paylaş