Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT Baş Assambleyasının Sədri Azərbaycana səfər edəcək



Newscenter.az.31.03.2021. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Sədri Volkan Bozkır Azərbaycana səfər edəcək.

“Report” “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT Baş Assambleyasının Prezidentinin mətbuat katibi Brenden Varma deyib.

Onun sözlərinə görə, səfər 1-12 aprel tarixlərində baş tutacaq. Volkan Bozkır öncə Türkiyəyə səfər edəcək. Daha sonra Qətər və Azərbaycanda olacaq.
Xəbəri paylaş