Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qubada gecə saatlarında fəaliyyət göstərən restoran aşkar edilib



Newscenter.az.2.04.2021
. DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları gecə saatlarında inzibati ərazidə xidmət aparan zaman rayonun Barlı kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən restoran aşkarlayıblar.

Dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti icarə əsasında işlədən Elnur Həsənəliyev və orada olan müştərilər inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Mehman
Xəbəri paylaş