Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tovuzda qanunsuz fəaliyyət göstərən ət satışı mağazası aşkarlanıb



Newscenter.az.5.04.2021. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Newscenter.az-a AQTA-dan bildirilib ki, Agentlik əməkdaşları tərəfindən Tovuz rayonu, Aşağı Öysüzlü kəndində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Namiq Arif oğluna məxsus ət satışı mağazasında monitorinq keçirilib. Yoxlama zamanı satışı həyata keçirilən ətin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, eyni zamanda müəssisədə sanitar-gigiyenik qaydalara riayət olunmadığı, çalışan işçinin qoruyucu tibbi maskadan, müvafiq geyimdən istifadə etmədiyi və tibbi müayinədən keçmədiyi aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisədə qida təhlükəsiliyi sahəsində texniki normativ hüquqi aktların təmin edilməsi üçün icrası məcburi göstərişlər verilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Orxan
Xəbəri paylaş