ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanın daha 7 sahibkarlıq subyekti Rusiyaya pomidor ixrac edə biləcək

8-04-2021, 16:36



Newscenter.az.8.04.2021. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") qərarı ilə sabahdan Azərbaycanın daha 7 sahibkarlıq subyekti qonşu ölkəyə pomidor ixrac edə biləcək.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, sözügedən qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, habelə birgə yoxlamalar zamanı götürülmüş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələri əsasında qəbul edilib. İxraca icazə verilənlər “AGRO AZ”, “ABSHERON AGRO 2020”, “Ecofood” ,“A-K Qrup”, “Qızılnour” şirkətləri, eləcə də fərdi sahibkarlar Taleh Eyvazov və Göyçə Süleymanovadır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR