Baş prokuror itkin düşən hərbçilərin ailə üzvləri ilə görüşüb
Tarix: 8-04-2021, 12:43
Newscenter.az.8.04.2021. Baş prokuror Kamran Əliyev Vətən müharibəsində itkin düşən hərbçilərin ailə üzvlərini Baş Prokurorluqda qəbul edir.
Report-un xəbərinə görə, Baş prokuror Prezidentin tapşırığı ilə bu məsələ ilə məşğul olduqlarını deyib:
“Mən sizi nə işlər görüləcəyi ilə bağlı məlumatlandıracam. Ölkə Prezidentinin tapşırığı ilə bu məsələylə bütün əlaqədar dövlət qurumları məşğuldur, işləyirlər”.