ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Ukrayna niyə ərazilərini itirdi?

8-04-2021, 09:00



Newscenter.az.8.04.2021. Ukrayna Avropanın ən böyük ölkələrindəndi. SSRİ dağılanda Rusiyadan sonra ən böyük silah mirası Ukraynaya qalmışdı. Ukrayna nüvə arsenalına malik idi. ABŞ və Rusiyanın yalançı təhlükəsizlik vədlərinə inanıb Ukrayna ilə Qazaxıstan atom bombasından imtina etdilər. Ukraynanın çöküşü həmin andan başladı... Müstəqilliyin ilk illərində Ukraynanın nəhəng silah arsenalı korrupsioner məmurlar, qenerallar tərəfindən silah tüccarlarına, üçüncü dünya ölkələrinə satıldı.

Rusiya hələ 1991-ci ildə Krımı güc yolu ilə qaytarmaq istəyirdi. Amma o vaxt Rusiya bunu etməyə risk etmədi çünki qarşısında çox güclü Ukrayna ordusu dururdu. Həmin o güclü Ukrayna ordusu ilk 3 prezident Kravçuk, Kuçma, Yuşenko dönəmində darmadağın edilib etkisiz hala salındı. Ukraynanın Krım siyasətidə səhv idi. Krım kimi turistik məkan bahımsız vəziyyətdə idi. Rəsmi Kiyev türk millətindən olan Krım-tatarlarına dəstək vermək, onların sayını yarımadada çoxaltmaq əvəzinə tatar probleminə biganə yanaşdı. Türk-müsəlmanlar olan Krım-tatarlarının yarımadada çoxalıb böyüməsini Kiyevdə istəmədi. Bu səhv siyasətdə öz bəhrəsini 2014 ildə göstərdi. Krımda çoxluq olan xristian ruslar, Ukrayna dövlətinə xəyanət etdi, azlıq müsəlman türklər isə əksinə sədaqətini nümayiş etdirdilər. Kiyev vaxtında Krımda tatar problemini həll etməliydi. Çünki Kiyevə əsas təklükə Krım türklərindən gəlmirdi orada yaşayan ruslardan gəlirdi. Ukrayna dövləti bunu dərk edəndə artıq gec idi çünki iş-işdən keçmişdi...

Rəsmi Kiyevin çoxsaylı səhvlərindən biridə Donbasda yaşayan vətəndaşlarının hərbi qulluğunun öz regionlarında etməsiydi. Bununla güya büdcəyə, hərbi xərclərə yük olmayasıydı. Rusiyanın Donbasa hücumu başlayanda bu regionda hərbi qulluq keçən çoxsaylı etnik ruslar keçdilər tarixi vətənlərinin tərəfinə. Bunun nəticəsi kimidə Şərqi Ukraynada hərbi hissələr bir - bir keçirdilər ruslar tərəfinə. Və ən başlıca səhvlərdən biridə Rusiyaya müharibənin ən başlanğıcında Ukrayna tərəfindən heç bir müqavimətin göstərilməməsiydi. Göz görə-görə əvvəl döyüşsüz "göy adamlar" tərəfindən Krım ilxaq edildi sonrada Donbasın yarısı işğal edildi. Ukraynalılar Xarkovda ayıldılar ki düşmənə müqavimət göstərmək lazımdır. Müqavimət göstərilən kimi də ruslar dayandılar. Lap əvvəldən bu müqavimət göstərilsəydi ruslar bu qədər irəliləyə bilməzdilər.

Yazımın rezümesi odur ki 3 demokrat prezident Kravçuk-Kuçma-Yuşenko Ukraynanı haldan-hala saldılar bu günlərə gətirdilər... Bir diktatorun Nazarbayev isə Qazaxıstanı iki div Çin və Rusiyanın arasından sağ-salamat çıxarıb inkişaf etdirə bildi. Qazaxıstanda rus etnik minası, Ukraynadanda böyük idi lakin diktator Nazarbayev, ukraynalı demokrat həmkərlarından fərqli olaraq bu minanı etkisiz hala çevirə bildi...

Ukrayna bu illərdə nüvəsini və ordusunun gücünü saxlayıb, artırsaydı indi Türkiyə və Rusiya kimi region və dünyada söz sahibi idi...

Əhəd Məmmədli-politoloq

Oxşar xəbərlər
SON XƏBƏRLƏR