Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya sülhməramlıları Xankəndində parada hazırlaşır



Newscenter.az.19.04.2021. Xankəndi aeroportunda Rusiya hərbçilərinin 9 may Qələbə Günü paradına hazırlıq məşqləri başlanıb.

Bu haqda Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Dağlıq Qarabağa yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti 2-ci Dünya Müharibəsində keçmiş Sovet İttifaqının qələbəsi münasibətilə təntənəli keçidin məşqlərinə başlayıb.

Xankəndi şəhərindəki aeroportda təlimlərə 400-dək Rusiya hərbçisi cəlb olunub. Təlimlərə 15-ci motoatıcı briqadanın, humanitar reaksiya mərkəzinin şəxsi heyətlərinin, hərbi polisin, xüsusi təyinatlı tibbi bölümün, eləcə də maddi-texniki təchizat bölümlərinin cəlb olunduğu bildirilir.

Bu il mayın 9-na planlaşdırılan paradda hər biri 45 hərbçidən ibarət 10 dəstənin keçəcəyi gözlənir.

Ötən il Azərbaycan Ermənistanla 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti geri ala bildi. Amma qoşunların təmas xəttinə 2 minədək Rusiya hərbçisi yerləşdirildi.
Xəbəri paylaş