Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kişi voleybolçularımız Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaqlar



Newscenter.az.21.04.2021. Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası mayın 7-16-da Avropa çempionatının seçmə mərhələsinin oyunlarını keçirəcək.

Newscenter.az-a Azərbaycan Voleybol Federasiyasından bildirilib ki, təsnifat mərhələsində F qrupunda yer alan və görüşlərinə Gürcüstan və Monteneqroda çıxacaq yığmamızın matçlarını idarə edəcək hakimlər bəlli olub.

Voleybolçularımızın Monteneqro, Gürcüstan və Yunanıstanla görüşlərini 4 referi təyinat alıb. Oyunlarımızda hakim funksiyasını Erdal Akıncı (Türkiyə), Mixail Medved (Ukrayna), Vladimir Oleynik (Rusiya) və Dobromir Dobrev (Bolqarıstan) yerinə yetirəcəklər.

Qeyd edək ki, I dövrənin oyunları mayın 7-9-da Gürcüstanda, II dövrənin oyunları mayın 14-16-da Monteneqroda təşkil olunacaq. Komandamız ilk matçını mayın 7-də Monteneqro millisinə qarşı keçirəcək.

Mehman
Xəbəri paylaş